news Image
2014.10.23
11:28
| A A A
ABŞ-dan Azərbaycan Prezidentinin qərarına dəstək

Birləşmiş Ştatlar Azərbaycanda vətəndaş cəmiyyətinin dörd fəalının, o cümlədən Həsən Hüseynlinin əfv edilərək azad olunmasını alqışlayır. Bu barədə Trend cümə axşamı ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir.

İyulda mühakimə olunana qədər H.Hüseynlinin rəhbərlik etdiyi QHT tələbə mübadiləsi üzrə ABŞ-ın Bakıdakı səfirliyi ilə çalışırdı.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv olunanlar arasında NİDA vətəndaş hərəkatının üç keçmiş üzvü - Şahin Novruzlu, Elsevər Mürsəlli və Bəxtiyar Quliyev, eləcə də QHT rəhbəri Həsən Hüseynli də var.

Bundan əvvəl Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton və Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Füle də İlham Əliyevin əfv fərmanını alqışlayıb. Bu barədə onların Aİ-nin rəsmi saytında dərc olunmuş birgə bəyanatında deyilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs