news Image
2014.10.23
11:40
| A A A
Məktəblərdə qızılca və məxmərəyə qarşı vaksinasiya-Özəl
Afaq Əliyeva: "Oktyabrın 14-dən start verilən immunlaşdırma həftəsi çərçivəsində Bakı, Abşeron, Sumqayıt, Ağcabədi rayonlarında 11-15 yaş qruplarında məktəbli uşaqların 78 faizi qızılca və məxmərəyə qarşı peyvənd olu "Respublikanın dörd rayonunda keçirilən immunlaşdırma həftəsi bu ayın 28-də başa çatacaq. Oktyabrın 14-dən start verilən immunlaşdırma həftəsi çərçivəsində Bakı, Abşeron, Sumqayıt, Ağcabədi rayonlarında 11-15 yaş qruplarında məktəbli uşaqların 78 faizi qızılca və məxmərəyə qarşı peyvənd olunub". Bu barədə məlumatı Movqe.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva  verib. A. Əliyeva bildirib ki, immunlaşdırma həftəsinin keçirilməsində məqsəd bu yaş qruplarında uşaqlarda qızılca və məxmərəyə qarşı immun sisteminin gücləndirilməsidir. A. Əliyeva respublikanın digər rayonlarında isə "təmizləyici immunlaşdırma" tədbirlərinin görüldüyünü söyləyib. Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində tək-tək peyvənddən kənar qala uşaqlar vaksinasiya edilir.   

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs