news Image
2014.10.23
12:31
| A A A
Allahşükür Paşazadədən ehsan məsələsinə reaksiya gəldi

"Dövlət ehsanın əleyhinə deyil və ola da bilməz". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün keçirilən QMİ-nin Qazılar Şurasının iclasında bildirib.

QMİ-nin sədri qeyd edib ki, Quranda bir neçə yerdə ehsan sözü qeyd edilir, lakin bəzi insanlar bunu düzgün anlamırlar: "Xalqımızın mentalitetində belə bir şey var. Deyirlər ki, nə üçün o ehsan verir, mən verə bilmirəm? Gedir balalarının ruzisini kəsir, ehsan verir. O, Allah üçün ehsan vermir, şeytan üçün verir. Allah-Təala buyurur ki, varındırsa, ehsan ver, yoxundursa, vermə".

A.Paşazadə bildirib ki, yas məsliclərində ehsan həddində olmalı və israfçılığa yol verilməməlidir: "Bəziləri deyirlər ki, məclisdə halva verilsin, şirinlik verilsin. Bu, harada, hansı hədisdə yazılıb? Halva da vermək olar, aş da vermək olar, amma israfa yol verməmək şərtilə".

Onun sözlərinə görə, bir insanın doyması üçün bəs edəcək qədərdən artıq ehsan verilməsi israf hesab edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs