news Image
2014.10.23
18:06
| A A A
Jurnalistlərin cəbhə bölgəsinə səfəri başlayıb

Təhsil və Müdafiə nazirliklərinin dəstəyi ilə KİV nümayəndələrinin Tovuz və Qazax rayonlarına səfəri başlayıb. APA-nın müxbiri Tovuzdan xəbər verir ki, bu gün media nümayəndələri Tovuz rayonunun Azərbaycan-Ermənistan sərhədində yerləşən Hacallı kənd orta məktəbində olublar. Qeyd olunub ki, məktəb ermənilərin atəşkəsi pozması nəticəsində vaxtaşırı olaraq atəşə məruz qalsa da, burada tədris davam edir. Jurnalistlər tədris prosesi və məktəbin şəraiti ilə tanış olublar. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, jurnalistlər Tovuzla yanaşı Qazaxda da olacaqlar. Onun sözlərinə görə, son beş ildə Tovuzun orta məktəblərini bitirən 350-dən çox gənc Ali hərbi məktəbə və Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul olunub. Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova isə qeyd edib ki, ermənilərin cəbhəyanı kəndləri mütəmadi olaraq atəşkəs altında saxlaması bölgədə təhsilin keyfiyyətinə təsir etmir, həmin məktəblərin məzunları arasında yüksək balla ali məktəblərə qəbul olunanlar var. V. Hüseynovanın sözlərinə görə, ermənilərin atəşkəsi pozması nəticəsində Tovuzun 17 orta məktəbinə ziyan dəyib. Eyni zamanda bildirilib ki, məktəb binalarına dəyən ziyan aradan qaldırılıb. Qeyd edək ki, Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfərini təşkil edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iki günlük səfər çərçivəsində jurnalistlər Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər. Səfərin təşkilində məqsəd ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Media nümayəndələri həmin təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanında yüksək nəticələr qazanmış məzunları haqqında məlumat toplayacaq, müəllimlərlə görüşəcəklər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs