news Image
2014.10.23
18:07
| A A A
Tiflisdə Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olundu

Tiflisdə ölkənin müdafiə naziri İrakli Alasaniya və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nejdət Özəl arasında keçirilən görüşdə Türkiyə-Gürcüstan ikitərəfli hərbi əməkdaşlığı məsələləri müzakirə olunub. Gürcüstan Müdafiə Nazirliyindən "Trend"-ə bildiriblər ki, əsas mövzulardan biri regional təhlükəsizlik olub. Türkiyə tərəfi Gürcüstanla NATO arasında razılaşdırılmış əsas paketin reallaşdırılması gedişində Gürcüstana kömək göstərməyə hazır olduğunu bildirib. İ.Alasaniya SQ-nin inkişafında dəstəyə və töhfəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. O, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığının dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, bu istiqamətdə birgə təlimləri intensivləşdirmək lazımdır: "Biz ikitərəfli, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əməkdaşlığı müzakirə etdik. Bu, birgə təlimlərə, böhranlı vəziyyətlərdə birgə müdafiə tədbirlərinə və üç ölkəni birləşdirən infrastrukturun inkişafına aiddir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs