Əlaqə Arxiv
news Image
2014.10.24
15:52
| A A A
Hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, çöl və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatının gücləndirilməsi və müasir avadanlıqla təchiz edilməsi istiqamətində işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ali Baş Komandanın bu sahədə işlərin sürətləndirilməsi məqsədilə verdiyi tövsiyə və tapşırıqlarının icrası ilə əlaqədar qısa müddət ərzində nazirliyin rəhbərliyi tərəfindən konkret tədbirlər həyata keçirilib. Belə ki, hərbi qulluqçuların yay və qış, bütün alt və üst geyim formaları daha rahat olması, keyfiyyəti və rəngləri ilə seçilir. Bundan əlavə, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlülüyü və davamlılığı ilə də fərqlənirlər.
Eyni zamanda, hərbi qulluqçuların yataq şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə tip əsgər çarpayıları müasir tipli bir və iki mərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril odeyallarla, kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal dolablarla əvəz olunması işləri həyata keçirilir. Həmçinin iplik əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilir, o cümlədən şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə olunur.
Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlıqlarının yeniləri ilə əvəz olunması istiqamətində də müvafiq işlər görülür. Hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil edilir, camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir.
Hazırda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələri, hərbi-tədris müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları"na əlavə dəyişikliklərin edilməsi barədə qərar qəbul olunması üçün layihə sənədi Nazirlər Kabinetinə təqdim olunub.
Sizin Reklam Yeriniz