Əlaqə Arxiv
news Image
2012.04.11
11:37
| A A A
Rusiya Ermənistanda RLS “qurur”
“Bu, ABŞ-ın NATO-nun Türkiyənin “İncillik” hərbi bazasındakı radarına qarşı yönələcək”

"İrəvan və Moskva Ermənistanın dağlıq ərazisində radiolokasiya stansiyasının quraşdırılması barədə razılıq əldə edib. Bu, ABŞ-ın NATO-nun Türkiyənin "İncillik" hərbi bazasındakı radarına qarşı yönələcək". Bu barədə məqalə İsrailin "Debka.com" saytı dərc edib. Öz mənbələrinə istinad edən saytın iddiasına görə, guya, məsələylə bağlı razılıq Rusiya xarici işlər naziri Sergey Lavrovun  ötən həftə İrəvana səfəri zamanı əldə olunub. Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədovla dünənki görüşündən sonra keçirdiyi brifinqdə bildirmişdi ki, Azərbaycan və RF arasında Qəbələ radiolokasiya stansiyası ilə bağlı danışıqlar prosesi normal gedir. Matviyenkonun sözlərinə görə, məsələ ilə bağlı fikir ayrılığının əksəriyyəti artıq aradan qaldırılıb. 


Sizin Reklam Yeriniz