Əlaqə Arxiv
news Image
2014.10.24
18:47
| A A A
Ermənilər çətin vəziyyətdə
"Rusiya separatçı Qarabağ rejimi və Ermənistanın sərhədində gömrük işinə müdaxiləni planlaşdırmır".

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya Federal gömrük xidmətinin rəhbəri Andrey Belyaninov deyib. 

O bildirib ki, Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi arasında gömrük postunun qurulması prosesində RF iştirak etməyəcək:

"Mən Ermənistana yeni xüsusi nümayəndə təyin etmişəm. O, tezliklə Ermənistana gələcək. Çox güman ki, o, xaricə səfər edəcək. Bununla belə, bizim erməni gömrükçülərin işinə qarışmaq fikrimiz yoxdur. Bu gün əsas məsələ işçi dili ilə bağlıdır. Gömrük İttifaqında Rusiya, Belarus və Qazaxıstanda işçi dili kimi rus dilini istifadə edilir. Ancaq, məlum olduğu kimi Ermənistanda erməni dili istifadə olunur", - deyə Andrey Belyaninov söyləyib.

Qeyd edək ki, Rusiyanın Ermənistanla separatçı dövlət arasında gömrük postunun müəyyənləşdirilməsində iştirakdan imtina etməsi Azərbaycan üçün müsbət məqamdır. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində Rusiyanın ehtiyyatlı addımlar atması şimal qonşumuzun bölgədə təşəbbüsü əldən verməmək cəhdi kimi qiymətləndirilir. 

Rusiya həmçinin, bir müddət öncə Azərbaycanla müxtəlig sahələr üzrə bir sıra müqavilələr imzalayıb. Avropa və ABŞ-ın sanksiyaları fonunda ağır iqtisadi zərbə alan RF hazırda Azərbaycan kimi bir ölkə ilə əməkdaşlığa əvvəlkindən daha da maraqlıdır. Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin demək olar ki, yox dərəcəsində olduğu Ermənistanla deyil, məhz Azərbaycanla əlaqələrə maraq göstərir. Bu proses isə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan lehinə həllində müsbət rol oynayır.


Sizin Reklam Yeriniz