news Image
2014.10.25
12:04
| A A A
Türkiyədə MERS təhlükəsi böyüdü
Türkiyədə MERS - Yaxın Şərq Tənəffüs Sindromu virusu ilə əlaqədar təhlükə daha da böyüyüb.

Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, ötən gün Samsun, Balıkəsir, Qars, Ağrı, Biləcik və Dənizli vilayətlərində, ümumilikdə 10-a yaxın virusa yoluxma halları aşkarlanıb.

Xəstələrdə ürək bulantısı, baş ağrısı və yüksək temperatur müşahidə olunub.

Xəstələr müxtəlif vilayətlər üzrə müvafiq xəstəxanalara yerləşdiriliblər.

Sözügedən xəstələr bir müddət əvvəl həcc ziyarətindən qayıdan insanlardır.