Əlaqə Arxiv
news Image
2014.10.25
14:00
| A A A
Kömür şaxtasında qəza baş verib: 16 ölü

Çində kömür şaxtasında baş verən növbəti qəza çoxsaylı insan ölümü ilə nəticələnib.

Movqe.az-ın publika.az-a istinadən verdiyi məlumata görə, Çinin şimal-qərbindəki Sintszyan-Uyğur muxtarvilayətində baş verən qəzada 16 nəfər ölüb.

Həmçinin 11 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, Çin dünyada kömür şaxtalarında ən çox qəza baş verən ölkədir. Çin ən azı 2000 kömür şaxtasını 2015-ci ilin sonunadək bağlamağı planlaşdırır. Məqsəd bu ölümcül sənayedə təhlükəsizlik standartlarının yaxşılaşdırılmasıdır.

Ölkənin Nazirlər Kabineti sayılan Dövlət Şurası bildirib ki, bağlanacaq şaxtalar ildə istehsalı 90 min tondan az olanlar, təhlükəsizlik qaydalarına əməl etməyənlər, eləcə də qəzalara meylli, aşağı standartlı kömür ehtiyatları olan şaxtalardır.

Sizin Reklam Yeriniz