Əlaqə Arxiv
news Image
2014.10.25
22:05
| A A A
Öldürdülər, sonra da təslim oldular

Bakı sakini bıçaqlanıb. Movqe.az xəbər verir ki , Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 24-də saat 01.00 radələrində, Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində gölün yaxınlığında 1992-ci il təvəllüdlü RöyalMüzəffər oğlu Nəcəfov çoxsaylı bıçaq xəsarəti ilə qətlə yetirilib.

Hadisəni törədənlər - qəsəbə sakinləri 1994-cü il təvəllüdlü Yarəli Ağadadaş oğlu Dadaşov və 1996-cı il təvəllüdlü Asim Etibar oğlu Bünyatov saat 06.30radələrində polisə gəliblər və hadisə barədə məlumata verərək təslim olublar.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin səbəbləri araşdırılır.

Sizin Reklam Yeriniz