Əlaqə Arxiv
news Image
2014.10.25
23:13
| A A A
Paytaxtda avtobus qəzası, 4 nəfər xəsarət aldı

Paytaxtda minik avtomobili avtobusla toqquşub. Movqe.az xəbər verir ki , Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə oktyabrın 24-də saat 23.45 radələrində, M.Useynov küçəsində baş verib.

Bakı şəhər sakinləri 21 yaşlı Elxan Lətif oğlu Nəbiyevin idarəetdiyi "Toyota" markalı 90 FZ 021 nömrə nişanlıavtomobillə 64 yaşlı İbrahimxəlil Mustafaoğlu Mustafayevin idarə etdiyi "Daewoo" markalı 10 TG 743 nömrə nişanlı5 saylı xətt avtobusununtoqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanlar - E.Nəbiyev və sərnişinləri 1994-cü il təvəllüdlü Rövşən Lətif oğlu Əlləzov,1990-cı il təvəllüdlü Rəşad Mərdan oğlu Qarayev 3 saylı Təcili Tibbi Yardım Stansiyasına, İ.Mustafayev isə Kliniki Tibbi Mərkəzdə yardım edilərək evə buraxılıb.

Sizin Reklam Yeriniz