news Image
2012.07.19
15:18
| A A A
Burada yaşayanlar 21 saat oruc tutacaq
Movqe.Az bildirir ki, Bu il Ramazan ayında ən uzun orucu Skandinaviya ölkələrində yaşayan müsəlmanlar tutacaq. Bəyaz gecələrin yaşandığı və günəşin az qala heç batmadığı Skandinaviya ölkələrində bu müddət 21 saat olacaq.

İsveçin şimalında olan Kiruna və Norveçin Trömse şəhərlərində oruc tutma müddəti 21 saat, Stokholm, Oslo, Kopenhagen və Helsinkidə müsəlmanlar 20 saat oruc tutacaq.

Bu il Skandinaviya ölkələri son 60 ilin ən sərin və yağışlı yayını yaşayır. Oruc tutma müddəti daha uzun olsa da, sərin hava olduğuna görə müsəlmanların oruclarını rahat və çətinlik çəkmədən tutması gözlənilir. Metereologiya rəsmiləri tərəfindən verilən məlumata görə, Ramazan ayı ərzində Skandinaviya bölgəsində tez-tez yağış yağacağı və hava istiliyinin da orta hesabla 15 dərəcə ətrafında olacağı qeyd edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs