Əlaqə Arxiv
news Image
2014.10.26
13:01
| A A A
Kanadada partlayış baş verib, beş nəfər yaraland
Kanadanın Sarniya şəhərində (Ontario əyaləti) Veolia Environmental Services Technical Solutions, şirkətinin sənaye müəssisəsində partlayış zamanı beş nəfər xəsarət alıb.Movqe.az Trend-ə istinadən bildirir ki, bu barədə VTV telekanalına xəbər verir.

Hadisə yerində yanğınsöndürənlər və xilasetmə komandaları işləyir. Hadisənin təfərrüatları və partlayışın səbəbləri hələlik açıqlanmır.

Veolia sənaye müəssisələrində təmizlik işlərinin aparılması üzrə xidmət göstərir, həmçinin adətən AES binalarının kimyəvi təmizlənməsini təklif edir.

Kanadada artıq bu həftə ərzində ikinci irimiqyaslı fövqəladə hadisədir. 1982-ci il təvəllüdlü, Kanada vətəndaşı Maykl Zexav-Bibo oktyabrın 22-də çərşənbə günü səhər Ottava şəhərinin mərkəzində üç nöqtədə atəş açıb: Milli hərbi memorialın yanında, Parlamentdə və onun yaxınlığında, həmçinin Rideau Centre ticarət mərkəzinin yanında.

Ölkənin baş naziriStiven Harperbildirib ki, Kanada hərbi memorialın yanında təlimlə bağlı təhlükəsizlik xidmətinin səlahiyyətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Sizin Reklam Yeriniz