Əlaqə Arxiv
news Image
2014.10.26
15:00
| A A A
300-dək İŞİD yaraqlısını məhv edildi
İraq ordusunun həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 300-dək İŞİD qruplaşmasının üzvü məhv edilib.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İraqın müdafiə nazirliyinin açıqlamasında belə deyilir.

Məlumatda, həmçinin bildirilir ki, hərbçilər iki yaşayış məntəqəsini yaraqlılardan təmizləyiblər, həmçinin 112 partlayıcı qurğu zərərsizləşdirilib, 18 minalanmış avtomobil məhv edilib.

Qeyd edək ki, bundan əvvəl İraqın şimalında yerləşən və strateji əhəmiyyət kəsb edən Zumar şəhərinin İŞİD qüvvələrindən azad edildiyi barədə məlumat yayılmışdı.

Sizin Reklam Yeriniz