Əlaqə Arxiv
news Image
2014.10.26
16:08
| A A A
Yoxsullar üçün lampa

Hollandiyada yerləşən VakaVaka şirkəti yeni bir ixtiraya imza atıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, şirkət günəş enerjisi ilə işləyən lampa icad edib. Şirkətin adını aşıyan lampalar eyni zamanda telefon batareyasını yükləyən cihazıdır. Cihazdan dolu olduğu zaman 16 saat istifadə etmək mümkündü.

Şirkətin direktoru Kamil van Qestel deyib ki, LED-ə əsaslanmış bu lampalar kerosindən daha ucuzdur. "İşıq saçan diod və ya LED təhlükəsiz və səmərəli elektronik işıq qaynağıdır. O, şəffaf ağ işıq saçır. Qiyməti çox əlverişlidir və bateryasının ömrü çox uzundur. Çox asanlıqla düz yerdə qurulur, göydən asmaq olur və ya şüşə butulkanın başına yerləşdirilə bilir. Bu yoxsulların yoxsulu üçün nəzərdə tutulub", Qestel əlavə edib.

O deyib ki, əsas hədəfiləri aşağı səviyyədə yaşayan, gündə iki dollardan az pulla dolanan insanlardır. Onun sözlərinə görə, son 24 ayda şirkət 300 minə yaxın cihazı Suriya, Haiti, Ruanda, İndonesiya və Flippin adaları kimi ölkələrə göndərib. 2030-cu ilədək isə 1.2 miliyard insanı bu cihazla təmin etməyi planlaşdırır.

Van Qestel bildirib ki, onun şirkəti digər bizneslər qurumları kimi fəaliyyət göstərir. Ancaq satışlardan əldə olunan gəlirin bir hissəsi Vaka Vaka cihazının yoxsulların əlverişli qiymətə işıq almasına sərf edilir. O, bu lahiyənin qeyri-hökumət təşkilatları tərəfindən dəstəkləndiyini də vurğulayıb.

"Beynəlxalq Xilasetmə Komitəsi qaçqınları işıq və elektriklə təmin etmək üçün VakaVaka cihazını Suriyaya aparan ilk təşkilatdır. Hazırda VakaVaka Suriyada qeyri-ərzaq malı kimi ən dəyərli əşyadır", - Qestel qeyd edib.


Sizin Reklam Yeriniz