Əlaqə Arxiv
news Image
2014.10.26
17:07
| A A A
Misirin “Qahirə” kanalında Azərbaycanla bağlı sənədli FİLM

Misirin "Qahirə" peyk televiziya kanalında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.


Movqe.az AzərTaca istinadən verdiyi məlumata görə, Ərəb dilində yayımlanan filmdə bildirilib ki, qədim tarixə malik olan Azərbaycan, eyni zamanda, müasirliyi ilə seçilir. Zəngin təbii sərvətləri, o cümlədən neft və qaz ehtiyatları onun əhəmiyyətini daha da artırır.Bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanda yeni neft-qaz yataqlarının aşkar olunduğu, irimiqyaslı layihələrin həyata keçirildiyi barədə məlumatlar da filmdə öz əksini tapıb.

Azərbaycanda son illər aparılan müasir üslubda tikinti-abadlıq işləri, Ağ Şəhər layihəsi, sənaye müəssisələrinin açılması, ADA Universiteti, SOCAR-ın yeni tikilən binası, ölkənin tarixi-mədəni imicini əks etdirən görüntülər də filmdə yer alıb.

Tamaşaçılara Azərbaycanın qədim xalçaçılıq mədəniyyətindən, habelə tolerantlığından bəhs edən süjetlər də təqdim olunub.

Ölkəmizin mədəniyyətlərarası dialoqların və humanitar forumların keçirilməsi üçün münasib məkan olması filmdə xüsusi qeyd olunub.

Publika.azhəmin filmi təqdim edir.

Sizin Reklam Yeriniz