news Image
2014.10.27
09:48
| A A A
Ukraynada Ali Radaya növbədənkənar seçkilərdə səsvermə başa çatıb

Ukraynada Ali Radaya növbədənkənar seçkilərdə səsvermə başa çatıb. Movqe.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da (Bakı vaxtı ilə 10.00) açılıb və səsvermə 12 saat davam edib. Ölkədə 35 milyondan artıq seçici qeydə alınıb.Keçirilmiş "exit-pol"un nəticələrinə görə, Radaya 7 partiya keçə biləcək: "Petro Proşenko bloku" 23 faiz səslə liderdir, ikinci yerdə 21,3 faiz səslə "Xalq Cəbhəsi"dir.Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Donetsk vilayətinin 21 seçki dairəsindən 9-da, Luqansk vilayətinin isə 11 seçki dairəsindən 6-da seçkilər keçirilməyib. Ukraynanın şərqində 3 milyona yaxın, Krımda isə 1,8 milyon seçici səs vermək imkanı əldə edib.Seçki günü Ukrayna prezidenti Petro Poroşenko Donbasa səfər edib. O, Donetsk vilayətinin separatçılardan təmizlənmiş Kramatorsk şəhərində seçki məntəqəsində olub. Movqe.az-ın Ukrayna prezidentinin saytına istinadən verdiyi məlumata görə, P. Poroşenko ukraynalı hərbçilərlə də görüşüb. Daha sonra Kiyevə qayıdan Ukrayna prezidenti səs verib. "Mən gələcəyə, Avropa istiqamətində inkişafa səs verdim. Əminəm ki, bizdə yeni hökumət, yeni Avropameylli koalisiya və yeni parlament olacaq", - Poroşenko jurnalistlərə bildirib. Ukrayna MSK-nın yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 18.00) açıqladığı məlumata görə, seçicilərin 40, 42 faizi səsvermədə iştirak edib.Ukraynada beş il müddətinə 423 deputat seçiləcək. Onların 198-i təkmandatlı majoritar dairələrdən, 225-i isə 5 faizlik həddi keçən partiyaların siyahısı ilə mandat qazanacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs