Əlaqə Arxiv
news Image
2014.10.27
09:51
| A A A
Səhiyyə Nazirliyi Ebola virusundan qorunmaq üçün xüsusi geyimlər alıb

Bu barədə movqe.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Anaq Qədirli məlumat verib.A.Qədirli bildirib ki, xüsusi geyimlər artıq ölkəyə gətirilərək müvafiq qurumların tabeliyinə verilib.

Qeyd edək ki, virusa yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri üçün nəzərdə tutmuş xüsusi geyim dəsti insan bədənini tamamilə örtən xüsusi paltar, əlcək, maska, qoruyucu eynək və rezin çəkmədən ibarətdir.

Kosmonavtların geyiminə bənzər geyimlərdə insanın gözləri də daxil olmaqla bütün üzvləri qapadılır. Ebola virusunun yayıldığı ölkələrdə xəstələrə qulluq edən tibb heyəti yalnız bu paltarlardan istifadə edir.

Anar Qədirli deyib ki, Ebola da daxil olmaqla xüsusi təhlükəli viruslara yoluxan xəstənin daşınması üçün xüsusi təcili tibbi yardım maşınları da alınıb: "Xüsusi təhlükəli virusa yoluxan xəstələrin daşınması üçün maşınlarımız var. Həmin maşınlarda quraşdırılmış avadanlıqlar vasitəsilə xəstənin ətraf mühitlə əlaqəsi kəsilir. Bir sözlə, Azərbaycan Ebolaya yoluxmuş xəstələrə qulluq edəcək hər növ geyim və avadanlıqlara malikdir".

Qeyd edək ki, xarici ölkələrdə Ebolaya yoluxan və ya bu xəstəlikdən dünyasını dəyişənlərin daşınması üçün təyyarələrdə şüşədən ibarət xüsusi qurğu quraşdırılır. Amma mütəxəssislər hesab edirlər ki, virusa yoluxan xəstələr qoruyucu paltardan istifadə etdikdə belə onların xlorinlə dezinfeksiya olunması mütləqdir.

Xatırladaq ki, virus xəstənin qanı və ya ifrazatı ilə birbaşa əlaqə, xəstənin ifrazatı ilə çirklənmiş obyektlərlə təmas, ölmüş Ebola xəstəsinin dəfn edildiyi müddətdə cəsədə toxunmaq zamanı yoluxur.

Sizin Reklam Yeriniz