news Image
2014.10.27
10:22
| A A A
Canavar 4 uşağı parçaladı - Cəlilabadda dəhşət

Ötən axşam Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub, bir ailənin 4 uşağını yaralayıb.  Movqe.az Apaya istinadən xəbər verir ki, canavar dünən saat 19 radələrində canavar Yusif Şahmarovun evinə soxulub. Onun 3-cü sinifdə oxuyan qızı Aygün evin qapısında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb. Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub. Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs