news Image
2014.10.27
11:50
| A A A
Kəlbəcər girovlarının məhkəməsi başlayıb

Ermənistan mediasının verdiyi xəbərə görə bu gün səhər saatlarında Dağlıq Qarabağda Kəlbəcərdə doğmalarının məzarını ziyarət etmək üçün doğma kəndinə gedən Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində məhkəmə prosesi başlamalıdır. Prosesə Anatoli Tadevosyan sədrlik edəcək. Qondarma rejim Şahbaz Quliyev və Dilqəm Əsgərova Arkadi İsraelyanı vəkil təyin edib.  Hələlik prosesin gedişi ilə bağlı əlavə heç bir məlumat verilmir. Xatırladaq ki, bu gün Fransa prezidentinin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyrev və Ermənistan prezidenti Serj Sarkisyanın Parisdə görüşü də gözlənilir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs