news Image
2014.10.28
10:00
| A A A
Cəbhədə atışma
Cəhbə xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Kəngərli, Cəvahirli, Sarıcalı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qarşı tərəfə cavab atəşi ilə susdurulub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs