news Image
2014.10.28
11:40
| A A A
“Murmanskiy vestnik” qəzetində görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevə həsr olunmuş məqalə dərc edilib

Murmansk. Murmansk vilayətində çıxan "Murmanskiy vestnik" qəzetində Azərbaycanın görkəmli müğənnisi və bəstəkarı Müslüm Maqomayevin anım gününə həsr olunmuş "Tamara Sinyavskaya: ilk vaxtlar mən onun səsini dinləyə bilmirdim..." sərlövhəli məqalə dərc edilib.

Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AzərTAc-a verdiyi məlumata görə, məqalədə qeyd edilir ki, bu günlərdə Moskvada "Crocus City Hall" konsert zalının səhnəsində Vokalçıların Müslüm Maqomayev adına III Beynəlxalq Müsabiqəsi keçirilib. Müsabiqənin münsiflər heyətinin rəhbəri SSRİ Xalq Artisti, dünya opera səhnəsinin əfsanəsi, Böyük Teatrın solisti Tamara Sinyavskaya idi.

Tamara Sinyavskaya qəzetin Sankt-Peterburq müxbirinə müsahibəsində öz yubileyi barədə danışıb. O, jurnalistin "Sizin yubileyiniz nə üçün belə sadə keçdi?" sualının cavabında deyib:

-Nə mənada sadə? Məgər yubiley hökmən bütün ölkədə, böyük hay-küylə qeyd edilməlidir? Yox, mən bunun tərəfdarı deyiləm. Ümumiyyətlə, mənim neçə yaşım olmasını yazanda utandım. Yubiley elə yubileydi. Bu məni hiddətləndirdi (gülür). Sonra Azərbaycan Prezidenti İlham Əliyev mənə zəng vurub təbrik etdi, bizim səmimi münasibətlərimiz var. O dedi: "Tamara, məni bağışla, ancaq yaşının bu qədər olmasını bilmirdim!". Halbuki o məni öz uşaqlıq illərindən tanıyır. Biz tanış olanda onun 14 yaşı var idi. Deyir: "Mən heç güman etməzdim ki, sənin ... " – "Oy, heç bilməsən yaxşıdır!" Görünür, maraqlananların hamısı bunu bilir, internetdə öyrənir. Doğrudan da, indi heç nəyi gizlədə bilməzsən, lakin bunu aləmə car çəkmək nəyə lazımdır?"

T.Sinyavskaya başçılıq etdiyi Müslüm Maqomayev Fondunun fəaliyyəti, adlı-sanlı müğənninin adını daşıyan vokalçılar müsabiqəsi, Teatr Sənəti Akademiyasında dərs deməsi barədə də danışıb: "Müsabiqə genişlənir... Oraya seçilmək hər müğənninin hünəri deyil, axı Müslümün diapazonu çox böyükdür: operadan başlamış müziklə, estradaya qədər".

O, böyük müğənni və bəstəkar barədə söhbət açaraq qeyd edib ki, Müslüm çox ağıllı, təmkinli, müdrik, güclü ləyaqət hissinə malik adam idi və bu hissi bir an belə itirməmişdi.

Tamara Sinyavskaya "Murmanskiy vestnik" qəzetinə müsahibəsində deyib: "Müslümdən öyrənməli şeylər də vardı, əlbəttə, əgər öyrənmək istəyirsənsə. İstəmirsənsə, bu sənin işindir. Bilirsinizmi, mən onun bəzi lent yazılarını yalnız bir il bundan əvvəl dinləməyə başlamışam. İlk vaxtlar ümumiyyətlə onun səsinə qulaq asa bilmirdim , İndi isə dinləyirəm və bəzən öz-özümə fikirləşirəm: "Axı əvvəllər mən bunları hiss etməmişəm! İlahi, gör necə də dəqiqdir - həm fikrinə, həm səsinə görə, hər mənada lazımi nöqtəyə düşüb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs