news Image
2014.10.28
11:55
| A A A
"Bu minanı girov qoyuruq"
"Ermənistanın və Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmas nöqtələrinin tapılması üçün cəhdləri davam etdirmək lazımdır". 

ANS PRESS-in məlumatına görə, bu sözləri MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mənzil qərargahında keçirilən MDB humanitar əməkdaşlıq Şurasının iclasında çıxışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O, etibar atmosferinin yaradılmasında iki ölkənin ziyalılarının cəlb edilməsi üzrə təşəbbüsün taleyi haqqında da danışıb.

P.Bülbüloğlu qeyd edib ki, təəssüf ki, bu təşəbbüs nədənsə davamlı xarakter almayıb: "Hərçənd, biz bunu davam etməyə hazırıq. Azərbaycan tərəfi bunda maraqlıdır. Biz dəfələrlə bu haqda danışdıq. Rusiya və Minsk Qrupunun həmsədrləri də bu sülh formatını dəstəkləyir. Amma, onlara sual vermək lazımdır ki, niyə bu proses istənilmir və kim bu barədə qərar verir.

"Hərçənd, bizim ölkələrimiz və bizim xalqlarımız arasında çox problemlər mövcuddur. Nə də olsa biz iki kiçik xalqıq. Sirr deyil ki, sizin və bizim mətbuatımızda düşmən obrazı yetişdirilir. Nəsillər böyüyür və bir-birlərini düşmən kimi qəbul edirlər. Biz bu minanı gələcək nəsillərə girov qoyuruq. Bu mina gələcək nəsillərdə partlayacaq. Amma, buna baxmayaraq Azərbaycan və Ermənistan ictimaiəti arasında danışıqlar qaydaya salınmalıdır. 

Prezidentlərimiz və XİN rəhbərlərimiz münaqişənin həlli istiqamətində görüşlər keçirirlər. Amma, vətəndaş cəmiyyəti səviyyəsində də görüşlər keçirilməlidir. Bu səviyyədə görüşlər də çox əhəmiyyətlidir. Budur indi forumda iki nümayəndə heyəti sakitcə iştirak edir. Bir-biri ilə salamlaşırlar, danışırlar. Bunu davam etdirmək lazımdır. Bu elementar insan ünsiyyəti üçün çox əhəmiyyətlidir. Eyni zamanda siyasətçilər üçün əlverişli fonu yaratmaq lazımdır. 

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu MDB humanitar əməkdaşlıq Şurasının sədri seçilib. Bu barədə MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mənzil qərargahında keçirilən MDB humanitar əməkdaşlıq Şurasının iclasında qərar verilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs