Əlaqə Arxiv
news Image
2014.10.28
12:58
| A A A
Azərbaycanda məmurlar 14-15 yaşlı qızların toyunda iştirak edir-Özəl
Elgün Səfərov: "Aidiyyatı qurumlar öz ərazilərində qeyri-rəsmi ailə münasibətində olanların qeydiyyatını aparmalıdır ki, onların münasibətindən doğulan uşaqlar qeydiyyatsız qalmasın" "Bəzən Azərbaycanda erkən nikaha girən ailələrin qurulmasına şahidlik edən, onların toyunda iştirak edən məmurlar 14-15 yaşında qızın gəlinlik geyinməsinə göz yumur.  Bu çox təəssüfedici haldır. Erkən nikah halları ilə mübarizə üçün belə faktlar barədə aidiyyatı qurumlara məlumat vermək əhəmiyyətlidir. Bu hadisəni görən məmur da, öz üzərinə düşən vəzifəni yerinə yetirməli, 14-15 yaşında ailə quran qızlarla bağlı sahə müvəkkillərinə, icra hakimiyyətlərinin aidiyyatı şöbələrinə bilgi verməlidirlər".

Movqe.az-a açıqlamasında bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov deyib. E. Səfərov icra hakimiyyətlərinin qəyyumluq, hüquq şöbələrini, sahə müvəkkillərini qeyri-rəsmi nikah hallarını qeydə almamaqda da günahlandırıb: "Bu günlərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışında Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev qızların təhsildən yayınması, erkən nikahı məsələsinə toxundu. Erkən nikahlar qızların təhsildən yayınmasında rol oynayır.Amma bu gün qeyri-rəsmi nikahların qeydə alınmaması bu problemin niqyasını böyüdür. Aidiyyatı qurumlar öz ərazilərində qeyri-rəsmi ailə münasibətində olanların qeydiyyatını aparmalıdır ki, onların münasibətindən doğulan uşaqlar qeydiyyatsız qalmasın. Bu həmin qurumların üzərinə xüsusi məsuliyyət kimi qoyulmalı, vəzifəsinin öhdəsindən gəlməyən məmurlar buna görə işdən belə azad edilməlidirlər". 

Sizin Reklam Yeriniz