Azərbaycanda 5-6 bank bağlana bilər - RƏSMİ AÇIQLAMA
"Bank kapitalının 99%-ni əhatə edən banklar
Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər". Bunu
Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmovbildirib. Onun
sözlərinə görə, ölkədə 5-6 bank AMB-nin kapitala olan tələbini
yerinə yetirməyəcəyi proqnozu var. Bununla belə, E.Rüstəmov bu
bankların aktivlərinin ümumi bank aktivlərinin 1%-i ətrafında
olduğunu söyləyib. Üstəlik, AMB rəhbəri əlavə edib ki, bu banklarda
əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və
müştərilər üçün qorxulu bir hal yoxdur. E.Rüstəmov bildirib ki,
kapital tələbini yerinə yetirməyən banklardan ikisi xarici
kapitallı bankdır: "Ümid edirik, xarici kapitallı banklar bir
tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir. Bir daha
deyirəm, bu banklar çox zəif banklardırlar. Kapital tələbini yerinə
yetirə bilməyən banklar ilə fərdi şəkildə rəftar olunacaq. Biz
onlar ilə müxtəlif ssenariləri müzakirə edirik, gəlin bu barədə
danışmağa tələsməyək".