news Image
2014.10.28
17:47
| A A A
Azərbaycan və Türkiyə arasında yeni hərbi protokol

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Tibb Baş İdarəsinin bir qrup zabit heyəti Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında qarşılıqlı təcrübə mübadiləsində olublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, general-mayor Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tibb sahəsində ikitərəfli əməkdaşlıq protokoluna bəzi əlavələr edilməsi məsələsini müzakirə ediblər. Aparılan danışıqlar nəticəsində Gülhanə Hərbi Tibb Akademiyasına müalicə, reabilitasiya və protezləşdirmə üçün göndərilən xəstələrin, o cümlədən təhsil alacaq tələbələrin və mütəxəssislərin sayının artırılması, orta tibb heyətinin - hərbi feldşer və tibb bacılarının hazırlanması, Müdafiə Nazirliyində çalışan mülki həkim və tibb bacılarının müxtəlif ixtisaslaşma və təkmilləşmə kurslarına ezam olunması məsələləri protokola əlavə edilib.

İlk dəfə olaraq biomedikal mühəndislər, fizikal müalicə və reabilitasiya, idman təbabəti üzrə mütəxəssislərin hazırlanması, o cümlədən birgə elmi-praktik konfransların keçirilməsi, müştərək tibb jurnalının dərc olunması və Azərbaycan heyətinin Gülhanə Hərbi Tibb Akademiyasındakı seminarlara dəvət edilməsi məsələləri də müsbət həllini tapıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs