news Image
2014.10.28
17:58
| A A A
Neftimizlə bağlı proqnoz
ABŞ investisiya bankı neft qiymətləri ilə bağlı hesabat yayıb

ABŞ investisiya bankı "Goldman Sachs" neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.Movqe.az-ın məlumatına görə, bank neftin qiymətindəki enişin davam edərək, 2015-ci ildə bir barrel neftin qiyməti 80 ABŞ dollarına qədər geriləyəcəyini ehtimal edir.

"Yeni Neft Nizamı" adlı hesabata görə, 2015-ci ilin ilk rübündə Brent və Qərbi Texas tipli neftin barrel qiymətləri bugünkü səviyyələrdə olacaq.

2015-ci ildə neft qiymətlərindəki eniş neft istehsalının artması, qlobal neft tələbatının ümumi təklifi qarşılamaması və ABŞ-ın neft istehsal xərcini azaltması səbəbləri ilə əlaqədardır.

Qiymətlərdəki enişdən sonra Səudiyyə Ərəbistanı istehsalı azaldacaq. Digər OPEC ölkələrinin də Səudiyyə Ərəbistanını təqib edəcəyi bildirilib.

OPEC xaricindəki neft istehsalçısı ölkələrin istehsallarını artıracaq. Hesabatda Braziliya, Meksika körfəzi, Kolumbiya, Azərbaycan və İraqdakı istehsalın artacağı, Rusiya, Liviya və İrandakı neft istehsalının sabit qalacağı ifadə edilib.

Qeyd edək ki, Brent markalı xam neftin qiyməti iyul ayından bəri azalaraq son dörd ilin ən aşağı səviyyəsinə, 82 dollara qədər geriləyib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs