news Image
2014.10.29
09:53
| A A A
lmaniyada Azərbaycan mədəniyyət günləri çərçivəsində daha bir tədbir keçirilib (FOTO)

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində oktyabrın 28-də Hannover şəhərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.Movqe.az AzərTAc-a istinadən xəbər verir ki, Hannover Konqres Mərkəzində keçirilən konsertdə çıxış edən səfir Pərviz Şahbazov deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Səfir, həmçinin ölkəmizin sürətli inkişafı, zəngin musiqi ənənələrindən danışıb, Azərbaycanın "konservatoriyası" kimi tanınan Qarabağın qonşu Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırıb.

Tədbirin aparıcısı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban Əliyeva Azərbaycanda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəniyyət münasibətlərinin təşviqi və gənclərin təhsili sahəsində mühüm işlər görüb.

Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə milli və klassik musiqilər səsləndirilib.

Qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan "Azərbaycanda alman izləri" kitabı da təqdim olunub. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.

Tədbir çərçivəsində izləyicilər "Azərbaycanda alman izləri" fotosərgisi və "Almaniya bir rəssamın gözü ilə" müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış olublar.

Konsertdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Hannover Şəhər Böyük Bələdiyyə sədrinin müavini Tomas Herrman, Aşağı Saksoniya federal torpağı parlamentinin deputatları, Hannover şəhər şurasının üzvləri, Almaniyada akkreditə olunmuş diplomati korpusun təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs