Əlaqə Arxiv
news Image
2014.10.29
11:30
| A A A
Məktəbli formasını gəlinlik libasına dəyişənlər…
Elgün Səfərov: “ Rayon icra hakimiyyətləri, sahə müvəkkilləri, qəyyumluq və hüquq şöbələriqeyri-rəsmi nikahları qeydə almalıdırlar ki, bu cür münasibətlərdən dünyaya gələn uşaqlar təhsildən yayınmasın” Mehriban Zeynalova: “13 ya­şın­da ai­lə qur­maq ar­tıq bir nor­ma­ya çev­ril­mək­də­dir”

Azərbaycanda  qızların təhsildən yayınması məsələsi zaman-zaman gündəmə gəlsə də, hələdə ölkənin bəzi bölgələrində bu problemin qarşını əhəmiyyətli dərəcədə almaq mümkün olmayıb. Qızların məktəbli formasını vaxtından əvvəl gəlinlik libası ilə əvəzləməsi hallarına demək olar ki, tez-tez rast gəlinir. ­lin­cik­ oy­na­yan 12-13 yaş­ qız­la­rın ərə ve­ril­di­yi vaxt­dan az qa­la bir əsr keç­­si­ bax­ma­ya­raq, bu xo­şa­gəl­məz ənə­ bu gün da­vam et­di­ri­lir. Azər­bay­can­da er­kən ni­kah prob­le­mi­nin miq­ya­­ ­əy­yən et­mək sox çə­tin ol­sa da,  Lən­­ran, As­ta­ra, Ba­la­kən, Sa­mux, Ma­sal­, ­li­la­bad, Go­ran­boy, İmiş­li qız­la­rın ən tez ərə ve­ril­di­yi zo­na­lar he­sab edi­lir. Er­kən ni­kah hal­la­ ək­sər hal­lar­da giz­li sax­la­nıl­­ğın­dan, ha­zır­da be­ ai­­­rin sa­ ilə bağ­ rəs­mi sta­tis­ti­ka da yox­dur. Am­ma Azər­bay­can­da ­su­si­ , kənd yer­­rin­ ni­kah­dan ­nar do­ğu­lan uşaq­la­rın sa­­nın art­ma­, qa­nun­la qey­diy­ya­ta alın­ma­yan er­kən ni­kah hal­la­­nın çox­lu­ğu­nu bunu təs­diq­­yir.  Bu günlərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışında Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev də bu həssas məsələyə toxundu. PA rəhbəri qeyd edib ki, Azərbaycanda həmişə qadınların çox yüksək mövqe tutması, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunmaları ilə fəxr edilib: "Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir. Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim".

R. Mehdiyev deyib ki, bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir: " Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, "Molla Nəsrəddin" jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?"

Ramiz Mehdiyevin bu çıxışı ölkədə qızların təhsildən yayınması, erkən nikah  ilə bağlı problemlərin hələ də qaldığından, bu neqativ hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməli olduğundan xəbər verir.

Elə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov deyir ki, təəssüfedici hal olsa da, R. Mehdiyevin qeyd etdiyi kimi bu hal var və mübarizə tədbirləri davam etdirilməlidir: "Araşdırmalar göstərir ki, Azərbaycanda qızların təhsildən yayınmasında  erkən nikah faktoru böyük rol oynayır. Çünki, təhsildən yayınan qızlar erkən ailə qururlar. Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrim etmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ belə

hallar qalmaqdadır.  Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2003-cü ildə nikahdan kənar doğulan uşaqların sayı 25 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır. E. Səfərov deyir ki, Azərbaycanda erkən nikah hallarının azalması təhsildən yayınan uşaqların sayının azalması ilə nəticələnir. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə Azərbaycanda erkən nikah halları azalıb: "2002-ci ildə bu rəqəm 2800-3000-idisə, 2013-cü ildə 305-ə düşüb".

Həmsöhbətimin dediyinə görə, Azərbaycanda xüsusilə qızların təhsildən yayınmasının qarşısını almaq üçün qızların erkən ailə qurmasını əngəlləməklə yanaşı, qeydiyyatsız, qeyri-rəsmi nikahları da qeydiyyata almaq lazımdır: "Təbii ki, bu bir qədər çətin məsələdir. Amma rayon icra hakimiyyətləri, sahə müvəkkilləri, qəyyumluq və hüquq şöbələri bu məsələni diqqətdə saxlamalı, qeyri-rəsmi nikahları qeydə almalıdırlar ki, bu cür münasibətlərdən dünyaya gələn uşaqlar təhsildən yayınmasın".

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova da er­kən ni­kah­ların öl­­nin ən ­yük prob­lem­­rin­dən olduğunu söyləyir. Həmshbətimizin fikrincə, er­kən ni­kah­la­rın baş tut­ma­ ən­gəl­lən­­, Azər­bay­can de­mək olar ki, qar­şı­ alın­maz bir ­la­kət­ qar­şı­la­şa­caq: "Bu­nu ta­rix təs­diq­­yir. 2005-2006- il­lər­ er­kən ni­ka­ha gi­rən­­rin ya­şı 15-16 həd­din­ idi. Am­ma bu gün 13-14 yaş­la­rın­da qız­lar da ai­ qu­rur­lar. Bu o de­mək­dir ki, 13 ya­şın­da ai­ qur­maq ar­tıq bir nor­ma­ya çev­ril­mək­­dir. Çün­ki 13-14 ya­şın­da bir ­zın ­ ai­ ba­­ ­səv­­ yox­dur. Az­yaş­ qız­lar ai­ qur­sa­lar da, on­lar ­şü­­rək ­rar ve­ bil­mir­lər. Er­kən ni­kah­la­rın tib­bi ba­xım­dan da ­sad­la­ var. 14 ya­şın­da ­zın ­­ni fi­zio­o­lo­ji ba­xım­dan ana ol­ma­ğa for­ma­laş­ma­­ğın­dan be­ ha­mi­­lik­­rin ək­­riy­­ti uşaq düş­­­ri ilə ­ti­­­nir. Bu isə qa­­nın son­suz­lu­ğu­na ­ti­rib çı­xa­rır".

 

 

Sizin Reklam Yeriniz