news Image
2014.10.29
13:13
| A A A
Papa: "Allah dünyanı 6 gündə yaratmayıb"

Katolik Kilsəsinin lideri Papa Françesko, Böyük Partlayış və təkamül kimi elmi nəzəriyyələrin həqiqi olduğunu, lakin bunların hamısının Allahın iradəsi nəticəsində reallaşdığını söyləyib. 


Movqe.az xəbər verir ki, Vatikandakı Papalıq Elm Akademiyasında danışan Argentinalı Katolik lider, "Bu gün dünyanın yaranmasının açıqladığına inandığımız Böyük Partlayış nəzəriyyəsi yaradıcının müdaxiləsini qeyri-mümkün hala gətirmir, əksinə bunu lazımlı edir" deyib. 

 

Xristianların dünyanın "təsadüfən" ortaya çıxdığı fikrini rədd etməsi lazım olduğunu söyləyən Papa, təkamülün də Allahın planının bir parçası olduğunu bildirib.

 

Papa "Genesis"i oxuyanda Allahı sehrli bir dəyənəyi olan cadugər kimi xəyal edirik. Lakin bu doğru deyil. Tanrı bütün canlıları yaratdı və hər canlının yenə özünün qoyduğu təbiət qanunlarına görə təkamülünə icazə verib "deyərək sözlərinə davam edib. 

 

Katolik kilsəsi artıq Allahın dünyanı altı gündə yaratdığı nəzəriyyəsini dəstəkləmir və İncildəki bu hissənin, dünyanın yaradılışını izah edən bir rəmz olduğunu fərz edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs