news Image
2014.10.29
16:49
| A A A
Azərbaycanda “Fresko” marketlər şəbəkəsi barəsində iş qaldırılıb

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı yayımlanan "Fresko" marketlər şəbəkəsinin reklamında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, bu marketlərdə satılan məhsulların digər marketlərdə satılan məhsullardan üstünlüyü fikrini yaradan "Fresko" market - ən yaxşısı sizin üçün" məzmunlu ifadədən istifadə edildiyi müəyyən edilib.

 

Bununla əlaqədar "Fresko" marketlər şəbəkəsinin məxsus olduğu "Azəri Retail" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

Araşdırmalar davam edir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs