news Image
2012.07.20
07:32
| A A A
Cəmiyyətdə iqtidar-müxalifət dialoqu konkret məsələ ətrafında ola bilər
“Necə olur ki, müxalifət illərdir ölkə başçısını, hakimiyyəti sərt şəkildə tənqid etdiyi halda, prezidentin tənqidinə aqressiv mövqe nümayiş etdirir və bu da anlaşılan deyil”

Cəmiyyətdə iqtidar-müxalifət dialoqu konkret məsələ ətrafında ola bilər. Bunu SalamNews-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

"Cəmiyyətdə müxtəlif tərəflər arasında təmaslar hər zaman olub və olacaq da. Məhz bu təmasların nəticəsində müəyyən məsələlər ətrafında fikir formalaşır və bu məsələlərlə bağlı konkret qərarlar qəbul edilir. Elə siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı məsələ də bu müzakirələrin nəticəsində həllini tapıb", - B.Muradova qeyd edib. Onun sözlərinə görə, bu gün siyasi müxalifətlə hakimiyyət arasında dialoq mövcuddur: "Parlamentdə təmsil olunan və olunmayan bir sıra siyasi qüvvələrlə təmaslar hər zaman olub və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılır. Bəziləri elə hesab etməsinlər ki, heç bir arqumentə və mənəvi dəyərlərə sığmayan hakimiyyətə və dövlət başçısına qarşı sərt tənqid və təhqir dolu fikirlər söyləməklə müxalifət hesab oluna bilərlər", - o bildirib.

Ölkə başçısının müxalifətin ünvanına söylədiyi tənqidi fikirdən sonra müxalifət düşərgəsində müşahidə olunan münasibətə mövqeyini açıqlayan B.Muradova bildirib ki, reaksiyanı təəccüblü hesab edir: "Necə olur ki, müxalifət illərdir ölkə başçısını, hakimiyyəti sərt şəkildə tənqid etdiyi halda, prezidentin tənqidinə aqressiv mövqe nümayiş etdirir və bu da anlaşılan deyil".

Vitse-spiker onu da əlavə edib ki, hakimiyyət müxalifətin səsləndirdiyi fikirlərə hər zaman dözümlülük göstərib. Amma son zamanlar bu qüvvələr Azərbaycanın milli maraqlarına ciddi zərbə vurduqlarından, cəmiyyətin onlara qarşı formalaşan fikri çatdırılıb. "Onsuz da onlar bu cür xoşagəlməz fəaliyyətləri ilə özlərini pis vəziyyətdə qoyublar və onlar artıq heç bir xarici ölkələr və ya beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmir. Buna son zamanlar Azərbaycana səfər edən beynəlxalq təşkilatların rəhbərlərinin və böyük dövlətlərin rəhbərlərinin onlara qarşı biganə rəftarları bariz nümunədir", – Bahar Muradova deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs