news Image
2014.10.29
17:12
| A A A
General Mədət Quliyev əməliyyat müşavirəsi keçirdi

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətində əməliyyat müşavirəsi keçirilib. Movqe.az qurumun saytına istinadən bildirir ki, müşavirə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə saxlanılan şəxslərin əməyə cəlb olunmasının vəziyyətinə və istifadədə olan nəqliyyat vasitələrinin istismar qaydalarına riayət edilməsinə həsr olunub.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabe qurumların rəhbərləri, Baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər. Müzakirə olunan məsələlərlə bağlı xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs