news Image
2014.10.29
17:21
| A A A
İranda tibb bacıları ayağa qalxdı

Bu gün İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib. Bu dəfə etiraz edənlər tibb işçiləri, o cümlədən tibb bacıları olub. Movqe.az-ın İran parlamentinin rəsmi xəbər saytına istinadən verdiyi məlumata görə, onlar tibb bacılarının aylıq maaşlarını tənzimləyən qanunun icra olunmamasına etiraz ediblər.

Məlumata əsasən, etirazçı tibb bacıları və digər tibb işçiləri 2007-ci ildə İran parlamenti tərəfindən qəbul olunan tibb bacılarının aylıq maaşlarını tənzimləyən qanunun icrasını tələb ediblər. Tibb bacılarının iş saatının çox olması və aylıq maaşlarının aşağı olması onları narahat edən məsələlərdəndir.

İran KİV-in məlumatına görə, ölkə xəstəxanalarında tibb bacılarının çatızmazlığı problemi mövcuddur. Belə ki, tibb bacıları əməkhaqqının az olması, xaricdə onlara daha çox məvacib ödənilməsi səbəbindən ölkəni tərk edirlər.

Beynəlxalq standartlara uyğun olaraq, hər xəstəxana çarpayısına azı iki tibb bacısı düşməlidir, İranda isə bu göstərici iki dəfə azdır.

Qeyd edək ki, İranda tibb bacılarının ən aşağı məvacibi 380 dollara yaxın təşkil edir. İranlı tibb bacılarının getdikləri ABŞ, Kanada və Avstraliyada isə orta aylıq əməkhaqqı 2500 dollarla 4000 dollar arasındadır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs