news Image
2014.10.30
10:45
| A A A
Bakıda sərnişin avtobusu tuneldə qəza törətdi-FOTOLAR-Xətt sahibi sürücünü günahlandırdı-Yenilənib
11:55:09

Movqe.az bu gün qəza qedyə alınan 133 saylı xətin, "Çinar Trans" MMC-nin rəhbəri Etibar Manafovla əlaqə saxlayıb. Movqe.az-a danışan xətt sahibi qəzanın sürücünün ehtiyatsızlığı üzündən baş verdiyini söyləyib. E. Manafov bildirib ki, tuneldə tıxac olsa da, sürücü bunu nəzərə almayıb, sürət həddini azaltmayıb. Nəticədə qəza baş verib. Xətt sahibi sürücünün cəzalandırılacağını, işdən uzaqlaşdırılacağını söyləyib. 

****

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəza törədib. Movqe.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Binəqədi-"Gənclik" metrostansiyası istiqamətində hərəkət edən 133 saylı avtobus Azadlıq prospektində tuneldə hərəkət edərkən bardürə çırpılıb.Yüksək sürətlə hərəkət edən avtobus daha sonra qarşıda hərəkət edən avtomobilə çırpılıb. Nəticədə zəncirvari qəza baş verib. Qəzadan təşvişə düşən sərnişinlər avtobusdan boşaldılıb. 

Movqe.az avtobus xətinin sahibkarı, "Çinar Trans" MMC-nin rəhbəri Etibar Manafovla əlaqə saxlasa da, cəhdlərimiz alınmadı. E. Manafovun mobil telefonuna zəng çatmayıb. Xatırladaq ki, bu 133 saylı avtobusda son günlər baş verən ikinci qəza hadisəsidir. Ötən ay bu xətin sürücüsü Valid Məmmədov iki piyadanı vurmuşdu. Nəticədə sərnişinlərdən birinin, Samir Həsənovun dalağını çıxarıblar, qabırğaları sınıb, ciyəri dağılıb. 

















































Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs