Əlaqə Arxiv
news Image
2014.10.30
16:51
| A A A
Qırğızstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib

Qırğız Respublikası Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında iştirak etmək üçün Bişkekə gələn türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul etmişdir. Movqe.az xəbər verir ki, görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, TDƏŞ-in baş katibi Ramil Həsənov, müavini Adaxan Madumarov, Qazaxıstan Ağsaqqallar Şurasının sədri Adil Axmetov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Jakiyev və Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç iştirak ediblər. Söhbət zamanı türk dünyası dövlətləri arasında mədəni-humanitar sahədə əməkdaşlığın müxtəlif aspektləri, TDƏŞ-in üzvü olan ölkələrin mədəni irsinin qorunması və inkişafı sahəsində gələcək fəaliyyət planı müzakirə olunub.Prezident Almazbek Atambayev türkdilli ölkələrin mədəni əlaqələrinin dərinləşməsini və genişlənməsini vacib olduğunu qeyd etmişdir. Görüş iştirakçıları Ağsaqqallar Şurasının Bişkekdə keçirilən 8-ci yığıncağı haqqında Qırğızstan Prezidentinə ətraflı məlumat vermişdir. Prezident və görüş iştirakçıları İssık-Kulda baş tutan birinci Dünya Köçəri Oyunlarının türkdilli dövlətlər arasında mədəni dialoqun inkişafında böyük rol oynadığı vurğulamışlar.


Sizin Reklam Yeriniz