Əlaqə Arxiv
news Image
2014.10.30
17:04
| A A A
İrəvanda toqquşma
"Ermənistan təbiəti mühafizə dəstəsi" qeyri-hökumət təşkilatı bu gün bir qrup ekoloji fəalla birlikdə İrəvandakı "Hyatt Place" otelinin qarşısında etiraz aksiyası keçiriblər. 

ANS PRESS-in məlumatına görə, həmin dəqiqələrdə oteldə Ermənistanın Cermuk rayonunda yerləşən Amulsar yatağının istismarı məsələsi müzakirə edilib. Yatağın istismarına qarşı çıxan fəallar otelə girmək istəyiblər. Amma polis onların qarşısını alıb. 

Etirazçılar polis kordununu dağıtmaq isətyib. Lakin erməni polisi onlara qarşı güc tətbiq edib. Polislərlə etirazçılar arasında toqquşma olub. Etirazçılar iddia ediblər ki, yatağın istismarı ictimai məsələdir və onları müzakirəyə buraxmayan polis qanunsuzluq edir. 
Sizin Reklam Yeriniz