news Image
2014.10.30
21:25
| A A A
Litva kanalında antiazərbaycan xarakterli filmin göstərilməsi məsələsinə rəsmi izahat verildi

Litvanın Azərbaycanın ərazi bütövlüyü məsələsində mövqeyi dəyişməyib və bu mövqe dəfələrə, həm də ən yüksək səviyyədə təsdiqlənib. Bu barədə Trend-ə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas Ermənistan KİV-in Litvanın televiziya kanalında antiazərbaycan xarakter daşıyan Dağlıq Qarabağ haqqında sənədli filmin nümayişi haqqında yaydığı məlumatı şərh edərkən bildirib.

Diplomatın sözlərinə görə, Litvanın "Mədəniyyət" kanalının rəhbərliyi həmin filmin bu kanalda nümayiş etdirildiyini təsdiqləyib: "Kanal rəhbərliyinin izah etdiyi kimi, bu, qadağan edilmiş film deyil və xarici filmlər festivalı çərçivəsində nümayiş etdirilib. Elə həmin kanalda bu festival çərçivəsində Gürcüstan və Azərbaycan filmləri də nümayiş olunub".

Səfir deyib ki, filmi şərh edə bilməz: "Çünki bu filmə baxmamışam. Lakin Azərbaycan kimi, Litva ictimaiyyəti də bədii filmi təbliğatdan ayırır".

Onun sözlərinə görə, bu filmin başqa maraqlar güdməsi ayrı məsələdir: "Вelə olan halda onun yaradıcıları və təşkilatçıları cəmiyyətə deyil, hər şeydən öncə özlərinə ziyan vururlar".

V.Lastauskas bildirib ki, Litva beynəlxalq hüququn əsas prinsipi olan dövlətlərin ərazi bütövlüyü prinsipinə həmişə hörmətlə yanaşıb və bu mövqe dəyişməzdir.

Qeyd edək ki, Ermənistan KİV Litvanın "Mədəniyyət" kanalında Vardan Hovanisyanın "Müharibə və sülh zamanı insanların hekayələri" adlı sənədli filminin nümayiş etdirildiyi barədə məlumat yaymışdı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs