news Image
2014.10.30
20:27
| A A A
Bakıya səs salacaq maşınlar
Bakıda keçiriləcək "Baku World Challenge 2014" yarışı üçün avtomobillər artıq hazırdır. 

ANS PRESS-in məlumatına görə, "Baku World Challenge 2014" Facebook səhifəsində avtomobillərin fotoları yerləşdirilib. Avtomobillər bokslarda yarışa hazır vəziyyətdədir. 

Baku World Challenge, Blancpain Sprint Seriyasının ilk mövsümünün yekun mərhələsinə GT3-ün 15 beynəlxalq komandası və 30 avtomobili, Tarixi Formula 1 yarışının 10 avtomobili həmçinin 5 drift avtomobili iştirak edəcək.

Möhtəşəm GT3 avtomobilləri Xəzər dənizi boyunca uzanan və Milli Bayrağın ətrafında dövrə yaradan, yeni təmir olunmuş 4 km uzunluğunda yolda - yarış dairəsində düzüləcəklər.

Ümumilikdə qələbə çalan komanda üçün 100.000, ikinci yer tutan komanda üçün 50.000, üçüncü olan komanda üçün isə 25.000 avro mükafat fondu nəzərdə tutulub. 

Yarış Avropa, Avstraliya, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq, o cümlədən 175-ə qədər xarici ölkələrin kanallarında və AzTV İdman kanalında göstəriləcək.

Qeyd edək ki, yarışla əlaqədar bu gündən Mikayıl Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şossesindən istifadə etmələri tövsiyə olunur.

Yarışlar noyabr ayının 2-dək davam edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs