news Image
2014.10.30
17:31
| A A A
“İRƏLİ” - dən yeni layihə

"İRƏLİ" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə 31 oktyabr – 4 noyabr 2014-cü il tarixləri aralığında "Mənim Gənclər Təşkilatım" layihəsinə start veriləcək. Movqe.az xəbər verir ki, "Mənim Gənclər Təşkilatım" layihəsi ümumilikdə gənclər təşkilatının quruculuğunu, onun strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir. Layihə çərçivəsində müəyyən bir gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün, lazım olan katibliklərdən ibarət komandalar formalaşacaq. Layihənin düşərgə formatında keçirilməsi nəzərdə tutulub.

Ümumilikdə gənclər təşkilatları mövcud olmayan 7 region gənclərini əhatə edəcək olan layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, idarə olunmasında yaxından tanış olunması, gənclərin iştirakı və maarifləndirilməsi, gənclərin layihədə iştirakını artırmaqla onların inkişafına dəstək olmaqdır. Həmçinin layihə çərçivəsində yeni təlim modulunun yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Mənim Gənclər Təşkilatım" layihəsinin keçirilməsi nəzərdə tutulub. Layihənin seçim prosesində "Ərizə Forması", psixoloji testlər, müsahibələr və telefon danışıqlarından istifadə olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs