news Image
2014.10.30
18:48
| A A A
Əbülfəs Qarayevə yeni vəzifə verildi

Nazirlər Kabineti "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında" 2006-cı il 14 iyun tarixli 146 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edib. Movqe.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 29 oktyabr 2014-cü il 358 nömrəli qərara əsasən, nazirliyin kollegiyası təsdiqlənib.Kollegiyanın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kollegiyanın üzvləri mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs