news Image
2014.10.30
17:59
| A A A
Fransız gəmiləri Rusiya yolunda
Rusiya Fransa istehsalı olan gəmilərin yola çıxdığını açıqlayıb

Rusiya fransız hərbi gəmilərinin noyabrın 14-də ölkəyə çatdırılacağını bildirib. Ukrayna böhranına görə qərb müttəfiqləri Fransaya təzyiq göstərsə də, o Rusiyaya texnika satmaq niyyətindən geri çəkilməyib. Rusiya baş nazirinin müavini Dmitri Roqozin Tvitter səhifəsində yazıb ki, müqavilənin texniki icrası baxımından hər şey plana uyğun gedir. "Siyasi qərara gəldikdə isə, hesab edirik ki, Fransa etibarlı əməkdaş kimi öz nüfuzunu qorumalıdır".Movqe.az-ın məlumatına görə, D.Roqozin "Vladivostok" adlı vertolyot daşıyan ilk fransız hərbi gəmisinin Sen-Nazer tərsanəsindən Rusiyaya yola düşməyə hazır olduğunu deyib.

Xatırladaq ki, ötən gün Fransa hökumətinin 50% paya sahib olduğu DCNS istehsalçı şirkəti isə texnikanın göndərilmə vaxtının müəyyən edilmədiyini demişdi. Şirkətin nümayəndəsi deyib ki, gəminin ixracının hökumət tərəfindən təsdiqlənməsini gözləyir. Bu mərhələdə vaxt müəyyənləşdirilə bilməz.

Fransanın müdafiə naziri Jan-İv Le Drian isə ölkə prezidentinin gəminin ixracı ilə bağlı qərarı noyabrda verəcəyini deyib.

Xatırladaq ki, 2011-ci ildə Paris 1,2 milyard avro dəyərində 2 müasir hücum gəmisinin Moskvaya satılmasına razılıq verib. Buna baxmayaraq, Şərqi Ukrayna böhranı və martda Rusiyanın Krımı ihlaqı ilə əlaqədar olaraq, sentyabrın 4-də Fransa prezident aparatı bildirib ki, gəmilərin çatdırılması üçün şərtlər uyğun deyil. Prezident bu ay deyib ki, sifarişin çatdırılmasından əvvəl Kiyev, Moskva və Ukraynadakı rusyönümlü separatçılar arasındakı atəşkəsə tam hörmətlə yanaşmaq lazımdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs