Əlaqə Arxiv
news Image
2014.10.30
18:52
| A A A
Dağlıq Qarabağ ərazisi 2016-cı ilədək minalardan təmizlənəcək

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ əraziləri 2016-cı ilədək minalardan təmizlənəcək. Movqe. az xəbər verir ki, "Report"un erməni KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə USAİD-in İrəvandakı nümayəndəliyinin direktoru Karen Hilliard bildirib. 

Onun sözlərinə görə, Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə USAİD-in maliyyələşdirdiyi layihə davam edir. 2000-ci ildən indiyədək 251 müxtəlif sahədə minalardan təmizlənmə işləri görülüb: "1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonrakı ilk illərdə hər il 35-40 nəfər mina qurbanı olurdu. 1995-ci ildən indiyədək 345 nəfərin ölməsi hadisəsi qeydə alınıb. Hazırda minadan təmizlənməmiş cəmi 5 faiz ərazi qalıb. "Halo Trust" təşkilatı bu layihəyə 5 milyon dollar ayırandan sonra Dağlıq Qarabağ ərazisi 2016-cı ilədək minalardan tam təmizlənmiş olacaq".


Sizin Reklam Yeriniz