news Image
2014.10.31
14:15
| A A A
Bakı metrosunun planları açıqlandı

"Bakı Metropoliteni" tərəfindən yeni istifadəyə veriləcək stansiyalarda istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verəcək, yeni stansiyalarda sərnişin rahatlığı mümkün qədər yüksək həddə çatdırılacaq. məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov deyib.O qeyd edib ki, "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olacaq. Yəni 53 yeni stansiya və 84,3 km metro xətlərinin inşası nəzərdə tutulub. Konseptual Inkişaf sxeminə görə, mövcud I (Qırmızı) və mövcud II (Yaşıl) xəttlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədi ilə xətlərin ayrılması layihəsi artıq başa çatdırılmış, bununla bağlı konkret işə başlanılmışdır.Mövcud II (Yaşıl) xəttin genişləndirilməsi hesabına alınan dairəvi xətt üzrə tikinti-quraşdırma və layihələndirmə işləri davam etdirilir.Belə ki,"Xətai" –"H. Aslanov-2" sahəsinin layihələndirmə,"H.Aslanov -2" və "H.Aslanov-2 - Y-18 " stansiyalar arası mənzil tunellərinin tikinti-quraşdırma işləri yerinə yetirilir. Hazırda "Beynəlxalq Avtovağzal terminalı"ndan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanan,12 stansiyadan və 18.1 km metro xəttindən ibarət olan III yeni (Bənövşəyi) xəttin tikintisi yerinə yetirilir. Belə ki, "Avtovağzal" (B-1); "Memar Əcəmi-2" (B-2) stansiyalarının tikintisi başa çatmış, avadanlıqların quraşdırılması və yerüstü sahənin abadlaşdırılması işləri gedir. Bu iki stansiyanın 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Bundan başqa, bu xətt üzrə B-3 stansiyasında tikinti işləri davam edir, B-4 stansiyasında tikinti işlərinə artıq başlanmışdır.Bu stansiyaların isə müvafiq olaraq 2016 və 2017-ci illərdə istismara verilməsi gözlənilir.

Konseptual İnkişaf sxeminə görə Yeni Yasamal qəsəbəsindən Bakıxanov qəsəbəsinə qədər uzanan,11 stansiyadan və 16.3 km metro xəttindən ibarət olan IV yeni (Mavi) xətt üzrə layihələndirilmə işləri yerinə yetirilir. Həmçinin Binəqədi ərazisindən başlayaraq Bibiheybət ərazisinə qədər uzanacaq Sarı xəttin tikintisi də nəzərdə tutulub. Yeni Bənövşəyi xətdə "Avtovağzal-Memar Əcəmi-2" stansiyaları arasında 5 vaqondan ibarət 3 qatarın məkik hərəkət qrafiki üzrə hərəkətin təşkili nəzərdə tutulur. Bunun üçün "Alstom" və Rusiya Federasiyasının müştərək istehsal etdiyi 81-760-761A tipli vaqonların alınması nəzərdə tutulub. Hazırda "Elmlər Akademiyası" stansiyasının II cıxışının 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Z.Hüseynov deyib ki, Bakı şəhərində sərnişindaşımanın təqribən 30 faizi metronun payına düşür. Bu isə orta hesabla gün ərzində 550 000 sərnişin daşınması deməkdir: "Gün ərzində maksimum göstəricimiz 700 000-dən artıqdır. Hazırda metroda sərnişin sıxlığı kifayət qədər yüksəkdir və metroya üstünlük verən sərnişinlərin sayı ilbəil artır. Odur ki, qabaqlayıcı tədbirlər görülməkdədir. Yeni xətlərin və stansiyaların tikintisi bu sektorun inkişafına və gələcək çətinliklərin qarşısının alınmasına zəmin yaradır. Yeni xətlərin və stansiyaların istifadəyə verilməsindən sonra paytaxt nəqliyyatında sərnişindaşıma baxımından metronun yeri daha çox əhəmiyyət kəsb edəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs