Əlaqə Arxiv
news Image
2014.10.31
15:46
| A A A
ABŞ-dakı Azərbaycan diaspor təşkilatı “MasterCard”a qarşı aksiyaya başlayıb

 ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatı "ABŞ Azərbaycanlıları Şəbəkəsi" (USAN) "MasterCard" beynəlxalq ödəniş sisteminin rəsmi səhifəsində Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan ərazisi kimi təqdim olunmasına qarşı hər bir kəsi etirazını bildirməyə çağırıb.


"APA-Economics" xəbər verir ki, bu barədə təşkilatın rəsmi səhifəsində yayılan müraciətdə bildirilir.

 

USAN hər bir kəsi bu məsələyə biganə qalmayaraq, şirkətin səhifəsində etiraz məktubu yazmağı çağırıb.

 

Müraciətdə qeyd olunur ki, "MasterCard"a 100 etiraz məktubu daxil olduğu halda, şirkət  bu məsələyə diqqət ayırmalı olacaq.

 

Xatırladaq ki, "MasterCard" öz rəsmi saytında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərib.

 

"MasterCard"ın saytında "Ermənistan" bölməsində "ATM Locator" (ATM-lərin yerləşməsi) üzrə axtarış verərkən şəhərlər arasında "Stepanakert" (Xankəndi), "Shushi" (Şuşa) və s. rast gəlmək olar.

 

Qeyd olunan ərazilərdə "MasterCard"ın xidmətlərindən istifadə etmək mümkündür

Sizin Reklam Yeriniz