news Image
2012.07.20
11:34
| A A A
Mübarəyin köməkçisi öldü

Movqe.az xəbər verir ki, Misirin keçmiş kəşfiyyat rəhbəri və prezident müavini Ömər Süleyman dünyasını dəyişib. O bir müddət idi ki, ABŞ-da müalicə edilirdi. 1936 doğulan olan Süleyman 18 yaşında Misirin kəşfiyyat təşkilatına daxil olmuşdu və 1993-cü ildə Mübarək tərəfindən ümumi rəhbər təyin edilmişdi. Hərəkatlərin başlamasıyla prezidenti köməkçisi təyin edilən 10 fevral 2011-ci ildə Mübarəyin bütün səlahiyətlərini öhdəsinə götürmüşdü. Lakin bir gün sonra Hüsnü Mübarəyin istefa verməsi səbəbindən o, prezident köməkçisi vəzifəsindən istefa edərək Misir Silahlı Qüvvələri Ali Hərbi Şurası üzvlüyünə seçilmişdi. Süleyman Təhrir meydanındakı nümayişlərdə Mübarəkdən sonra reaksiyaları ən çox özünə cəlb edən ikinci şəxs olaraq bilinir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs