Əlaqə Arxiv
news Image
2012.07.20
17:32
| A A A
“Microsoft” ilk dəfə zərər edib

Movqe.az xəbər verir ki, 26 il əvvəl insanların istifadəsinə verilən və ölkə daxilində genişmiqyaslı şəkildə istifadə edilən "Microsoft" 2012-ci ilin ilk 3 ayında 492 milyon dollar zərər etdiyini bildirib. Şirkət ötən il eyni dövrdə isə təxminən 6 milyard dollar mənfəət əldə etmişdi. "Microsoft" zərərin 2007-ci ildə aldığı internetdə reklam xidmətləri verən "aQuantive" şirkətindən qaynaqlandığını, edilən razılaşmanın nəzərdə tutulan səviyyədə gəlir gətirmədiyini qeyd edib. Şirkət "aQuantive"ı 6,2 milyard dollara almışdı. 2007-ci ildə bu şirkətə 6,3 milyard dollar ödənmişdi. Lakin "Microsoft" bu sahədə "Google" ilə təsirli şəkildə rəqabət edə bilməyib. Xatırladaq ki, "Microsoft" oktyabr ayında "Windows 8" əməliyyat sistemini bazara çıxaracaq. Şirkət bunun son 10 ildə sistemdə edilən ən əhəmiyyətli yeniləmə olduğunu ifadə edib. "Windows 8" də proqramlar bir mozaika şəklində görüləcək. Bundan başqa əməliyyat sistemi tablet komputerlərdə də istifadə edilə biləcək.

Sizin Reklam Yeriniz