Əlaqə Arxiv
news Image
2012.07.23
11:59
| A A A
İraqda silahlı hücumlar nəticəsində ölən və yaralananlar var
Movqe.Az BBC-yə istinadən bildirir ki, İraqın paytaxtı Bağdadın cənubundakı Mahmudiyyə və Madaində iftardan sonra təşkil edilən 2 silahlı hücumda 17 adam həlak olub.

Rəsmilər ilk hücumun paytaxt Bağdaddan 30 kilometr cənubda yerləşən Mahmudiyyə şəhərində baş verdiyini açıqlayıblar.

Hücumda xəstəxananın da daxil olduğu üç fərqli yer hədəf alınıb​​. Xəstəxanada gözətçilik edən bir polis məmuru həlak olub.

İlk hücumdan 10 dəqiqə sonra da 20 kilometr uzaqdakı Madaində yol kənarına yerləşdirilmiş 2 bombanın partlaması nəticəsində 6 adamın öldüyü, 15 adamın yaralandığı bildirilib.

İraqın Nəcəf şəhərində daha erkən saatlarda bomba yüklü bir avtomobilin partlaması nəticəsində 23 nəfər yaralanıb.

BBC-nin Bağdad müxbiri Ramı Ruhayəm, Nəcəf istiqamətli hücumun olmasının çaşqınlıq yaratdığını bildirib. Çünki şəhər uzun illərdir dini turizm mərkəzi olması səbəbiylə qorunurdu.


Sizin Reklam Yeriniz