news Image
2012.07.23
16:00
| A A A
19-cu Beynəlxalq QİÇS konfransı başladı Movqe.Az "Euronews"a istinadən bildirir ki, Beynəlxalq AIDS (QİÇS) konfransı Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda başlayıb. Dünyanın bir çox yerindən həkimlər, tədqiqatçılar, fəallar, alimlər və məşhur simaların qatıldığı fəaliyyət bu il 19-cu dəfə təşkil edilir. 27 iyula qədər davam edən konfrans müddətində xəstəliklə mübarizədə son nöqtə ortaya qoyulacaq.

22 ildir ilk dəfə QİÇS mövzusunda beynəlxalq bir konfransa ev sahibliyi edən Vaşinqtonda yaxınlarını bu xəstəliyə qurban verənlər və HIV daşıyıcıları xəstəliklərinə qarşı ciddi münasibəti artırmaq məqsədilə bu sözlərdən istifadə edərək nümayiş edirlər: "25 ildir HIV ilə yaşayan biri olaraq mənim sonumun da eyni ola biləcəyindən narahatam. Lakin haəyatdayam. Burada dayanıb bu cədvələ baxdıqca indiyə qədər neçə adamın öldüyünü fikirləşəndə deyirəm ki, kaş ki kifayət qədər qaynaq, fədakarlıq və fonda sahib olsaydıq və bu qədər insan həyatını dəyişməsəydi."

Birləşmiş Millətlər Təşkilatının nəşr etdiyi son hesabata görə, virusun anadan uşağa yoluxma nisbəti 2003-2010-cu illər arasında yarı yarıya azalarkən, xəstəlikdən ölənlərin nisbəti də 24 faiz azalmış vəziyyətdədir. Lakin hələ də inkişaf etməkdə olan ölkələrdə 8 milyondan çox adam QİÇS müalicəsi alır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs